
Türkiyənin Milli Təhlükəsizlik Komitəsi bu gün toplantı keçirəcək.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Yüksək Əsgəri Şurada təqaüdə sövq edilən Quru və Hava Qüvvələri komandirləri toplantıya sonuncu dəfə qatılacaqlar.
İki aylır aradan sonra Türkiyənin Milli Təhlükəsizlik Komitəsi Ankarada bir araya gələcək.
Danışılacaq mövzular arasında terrorla mübarizədə son durum, sərhədin o tayında və ölkə içindəki əməliyyatlar haqqında bilgi veriləcək.
Suriyada yaşanan yeniliklər ələ alınacaq.
Eləcə də Türkiyənin Milli Təhlükəsizlik Komitəsində Suriyadan olan köçkünlərin ölkələrinə geri dönüşü haqqında gəlinən son nöqtə dəyərləndiriləcək.
Türkiyənin Milli Təhlükəsizlik Komitəsi Qaradəniz Taxıl Anlaşması, Rusiya-Ukrayna savaşını müzakirə edəcək.