Ərdoğandan ehtimal olunan zəlzələ ilə bağlı açıqlama: “Vaxt itirmək olmaz”

Türkiyə hökuməti İstanbulun təxminən 1,5 milyona yaxın sakinini zəlzələyə davamlı evlərə köçürməyi planlaşdırır.

Bu açıqlama ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib.

O qeyd edib ki, Türkiyənin zəlzələyə davamlı ölkəyə çevrilməsi istiqamətində aparılan işlər nəticəsində İstanbula və Mərmərə dənizi bölgəsinə xüsusi yer ayırılır.

“Vaxt itirmək olmaz”, – R.T.Ərdoğan vətəndaşların zəlzələyə davamlı evlərə köçürülməsi ilə bağlı çıxışında vurğulayıb.

Xatırladaq ki, seysmoloqlar mütəmadi olaraq İstanbul ərazisində güclü zəlzələ ehtimalı ilə bağlı xəbərdarlıq edirlər.

Gununsesi.info