
Bakı Budapeştlə əlaqələrini gücləndirir. Ötən gün ölkə başçısı İlham Əliyevin Macarıstana səfəri bu əlaqələrin daha da genişlənəcəyini bir daha sübut etdi.
“Macarıstan Azərbaycanı tanıyan ilk dövlətlərdən biridir. 1991-ci ildə Macarıstan Azərbaycanı tanıdı. Macarıstanla Azərbaycan tarixi əlaqələrə malikdirlər. Eyni kökdən qaynaqlanan millətlərin yarandığı dövlətlərdir. Bizim iqtisadi və siyasi əlaqələrimizin kökü dərindir.”
Bu fikirləri Azərbaycan Televiziyasının efirində millət vəkili Cavanşir Feyziyev bildirib.
Millət vəkili qeyd edib ki, Macarıstanla Azərbaycan arasında 50-dən çox dövlətlərarası sənəd imzalanıb.
“Macarısatn həmdə Türk Dövlətləri Təşkilatının üzvüdür. Həmdə bu təşkilatın Avropadakı ofisi Macarıstanda yerləşir. Bizim əlaqələrimizin daha da güclənməsi üçün işlər görülür.” -deyə Cavanşir Feyziyev bildirib.
Daha ətraflı videomatrealda: