Sabah bu rayonlarda qaz olmayacaq

“Tərtər-2” ölçü qovşağından qidalanan orta təzyiqli yeraltı qaz kəmərində, “Qax” ölçü qovşağından qidalanan orta təzyiqli daşıyıcı qaz xəttində görüləcək təmir işləri və Yevlax şəhəri ərazisində orta təzyiqli qaz xəttinin əhali kollektoruna birləşdirilməsilə əlaqədar 22.08.2023-cü il tarixdə saat 09:00-dan qaz təchizatı dayandırılacaq.

Təmir işləri görülən müddətdə Tərtər və Qax rayonlarının, həmçinin Yevlax şəhərinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Gununsesi.info