İranla Çin arasında strateji görüş

  • By arzu
  • 21 Avqust 2023 14:17

İranla Çin arasında strateji görüş keçirilib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, hər iki ölkənin Xarici İşlər Nazirləri ikitərəfli münasibətlər və beyəlxalq mövzular haqqında bir telefon danışığı gerçəkləşdirib.

İranın XİN başçısı Hüseyn Abdullahyan Çindən olan həmkarı Vanq Yi ilə dialoqu zamanı iki ölkə arasındakı əlaqələrin inkişaf etməkdə olduğunu vurğulayıb.

Abdullahyan iki ölkənin 25 illik tərəfdaşlıq proqramının doğru yöndə irəlilədiyini deyib.

Çinin XİN başçısı isə iki ölkənin strateji əlaqələrini müsbət qiymətləndirib.

Cənubi Afrikada keçiriləcək BRİCS Zirvəsi və üzvlərin sayının çoxalmasına dair mövzularla bağlı ölkəsinin yanaşmasını bildirən Vanq İranın Çinin “Qurşaq-Yol” layihəsinin önəmli birləşdiricisi olduğunu dilə gətirib. İran rəsmilərinin layihənin gələcək toplantısına qatılmasının önəminə vurğu edib.

Vanq, ayrıca Abdullahyanın S. Ərəbistan səfəri və Tehran-Riyad münasibətlərinin inkişafından duyduğu məmnuniyyəti dilə gətirib.

Xatırladaq ki, Braziliya, Rusiya, Hindistan, Cənubi Afrikadan ibarət olan ölkələr qrupu (BRİCS) üzvlər arasında siyasi, iqtisadi, mədəni işbirliyini məqsəd edir.

BRİCS Zirvəsi 22-23 avqust tarixində Cənubi Afrikanın Yohanesburq şəhərində keçiriləcək.

 

Tərcümə: Arzu

Gununsesi.info