
Xəzərdə batma təhlükəsi ilə üzləşən 7 nəfər xilas olunub.
Gununsesi.info xəbər verir ki, bu haqda FHN məlumat yayıb.
Bildirilib ki, bu gün FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Qızılqum” sularda xilasetmə məntəqəsinin ərazisində və “Görədil” sularda xilasetmə məntəqəsindən kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən 7 nəfər xilas olunub.