
Yunanıstanın Aleksandrupoli şəhərindəki meşə yanğını türklərin sıx yaşadığı bəzi kəndlərə də keçib.
Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, 24 saat ərzində 13 yaşayış məntəqəsi boşaldılıb.
Yanğın türklərin yaşadığı Böyük Müsellim, Çepelli, Susurköy, Narlıköy və Kozlardərə kəndlərinə keçib.
Hazırda Yunanıstanın Türkiyə ilə sərhədinə yaxın yerlərdə meşə yanğınlarını hava və qurudan söndürmə işləri aparılır.