Macarıstan: Türkiyə ilə strateji müttəfiq olmalıyıq, əməkdaşlığı gücləndirəcəyik

  • By arzu
  • 21 Avqust 2023 12:53

Macarıstandan Türkiyə ilə münasibətlərə dair açıqlama səsləndirilib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu ölkənin Xarici İşlər Naziri Peter Szijjarto Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Macarıstana səfəri və iki ölkə arasındakı münasibətlərin gücləndirilməsi ilə bağlı əldə edilən razılaşmadan danışıb.

Macarıstanın Müstəqillik Günü ilə bağlı bayrama dəvətli olan Ərdoğan Macarıstanın Baş naziri Viktor Orbanla ikitərəfli görüş keçirib.

Xarici İşlər Naziri Peter Szijjarto həmin görüşə deyinərək Macarıstan və Türkiyə arasında Strateji Şura Toplantısı çərçivəsində Ərdoğanın 18 dekabrda yenidən Macarıstana səfər edə biləcəyini bildirib.

Szijjarto Ərdoğanın dekabra planlaşdırılan səfəri zamanı iki ölkə arasındakı strateji müttəfiqliyin qurulması ilə bağlı anlaşma imzalanacağını bildirib.

Nazir Szijjarto Türkiyənin enerji sahəsində tranzit ölkə rolundan bəhs edib.

Macarıstanın Türk Axını üzrə boru xətti üzərindən təbii qaz almaqla maraqlandığını söyləyən nazir rəsmi Ankaranın enerji sahəsindəki rolunu xüsusi ilə qeyd edib.

 

Tərcümə: Arzu

Gununsesi.info