
İran İslam Respublikasından müsəlmanların müqəddəs kitabı olan “Quran”a yönəlik artan hücumlarla bağlı açıqlama verib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu ölkənin Xarici İşlər Naziri Əmir Abdullahyan “Quran”a hücumların edildiyi Danimarka və İsveçdəki hörmətsizliklərə dözüm göstərməyəcəklərini bildirib.
XİN başçısı həmin ölkələrə səslənərək keçirdiyi mətbuat toplantısında bir sıra ismarıclar göndərib.
Malaziyalı həmkarı Zambri Əbdülqadir ilə keçirdikləri toplantıda jurnalisltərə açıqlama verən İran rəsmisi nu hücumları şiddətlə qınadıqlarını söyləyib.
“İsveç və Danimarkaya İslam ümməti və “Quran”a yönəlik hörmətsizliklərlə bağlı xəbərdarlıq etmək istəyirəm. Malaziya rəsmisi ilə görüşümüzdə müqəddəs kitablara edilən hücumları şiddətlə qınadıq. Bu hücumlar artacağı durumda, Avropada radikalizm, şiddət və terror artacaq”, -deyə nazir vurğulayıb.
“İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirlərinin toplantısında İsveç və Danimarka mallarına boykot tətbiq edilməsi gündəmə gəldi. Bu mövzu İslam ölkələri XİN başçıları tərəfindən izləniləcək. Gec olmadan İsveç və Danimarka bu yanlış meyillərini gözdən keçirməlidir”.