İsraildən Səudiyyə Ərəbistanının nüvə proqramı ilə bağlı açıqlama

  • By arzu
  • 21 Avqust 2023 16:29

İsraildən Səudiyyə Ərəbistanının nüvə proqramı ilə bağlı açıqlama

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, İsrailli yüksək vəzifəli dövlət rəsmisi “Haarets” qəzetinə açıqlamasında ikitərəfli əlaqələrin normallaşması çərçivəsində S. Ərəbistanın nüvə proqramını davam etdirməsinə qarşı olmadıqlarını bildirib.

Xəbərdə İsrailin Baş naziri Benyamin Netanyahunun ən yaxın adamlarından biri olan Dermerin Amerikanın S. Ərəbistanla etdiyi vasitəçilik cəhdləri haqqında yüksək səviyyəli görüşlər etmək üçün 17 avqustdakı Vaşinqton səfərini xatırladıb.

İsrail rəsmisi “İsrail Strateji Əlaqələr Naziri Ron Dermer Amerikada İsrail-ABŞ-Səudiyyə Ərəbistanı arasında bir anlaşmanın tərkibi olaraq S. Ərəbistanın mülki istəklərlə nüvə proqramı yürütməsinə qarşı olmadıqlarını bildirib. S. Ərəbistanı Amerikadan istədiyini ala bilməyəcəyi durumda, Çin və ya Frabsa kimi ölkələrlə əməkdaşlıq edə bilər” ifadələrini səsləndirib.

Wall Street Journal 9 avqustda Amerika və S. Ərəbistanın “İsrailin fələstinlilərə güzəşt etməsi, Amerikanın Riyada təhlükəsizlik zəmanətləri və sivil nüvə proqramına dəstək verməsi” qarşılığında S. Ərəbistanın İsraili tanımasını içində daşıyan bir anlaşmanın geniş xətləri üzərində uzlaşdığı irəli sürülmüşdü.

 

Gununsesi.info