
Daxili İşlər Nazirliyi Gununsesi.info-nun hazırda həbsdə olan ADR Partiyasının lideri, tanınmış iqtisadçı alim Qubad İbadoğlunun bağ evinin qarət olunması ilə bağlı xəbərinə reaksiya verib.
Nazirliyin mətbuat xidmətindən saytımıza verilən məlumata görə, polisdə son zamanlar belə bir hadisənin baş verməsi ilə bağlı hər hansı bir məlumat olmayıb.
”Oğurluq faktı ilə bağlı hadisə bir neçə ay əvvəl qeydə alınıb” deyə nazirlikdən əlavə ediblər.
Gununsesi.info-ya açıqlamasında isə Qubad İbadoğlunun qardaşı Qalib Toğrul da oğurluq faktının bir neçə ay əvvəl baş verdiyini deyib :
“Bəli, belə bir oğurluq faktı olub. Ancaq yeni məlumat deyil. Bu bir neçə ay əvvəl baş verib”.
Şəbnəm
Gununsesi.info