Bayden Meksika ilə sərhəddəki divarın tikintisini dayandıra bilmədiyini açıqlayıb

  • By ilhame
  • 05 Oktyabr 2023 23:01

Ağ ev Konqresin müvafiq qərarından sonra Texasın cənub hissəsində ABŞ-Meksika sərhədində divarın tikintisi üçün federal vəsaitin ayrılmasını dayandıra bilməz.

Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ Prezidenti Cozef Bayden jurnalistlərin suallarını cavablandırarkən etiraf edib.

“Mən bunu dayandıra bilmərəm”, – Amerika lideri vurğulayıb.

Bayden deyib ki, o, Konqresi vəsaitlərin yenidən bölüşdürülməsinə razı salmağa çalışıb, lakin ölkə qanunlarına əsasən, artıq ayrılmış pulları yenidən istiqamətləndirə bilməz.

ABŞ-Meksika sərhədində tikilən divarın səmərəli olub-olmaması ilə bağlı suala dövlət başçısı mənfi cavab verib.

Gununsesi.info