Ukrayna hökumətində kadr dəyişikliyi… – Radanın deputatı adları AÇIQLADI

Ukraynanın baş naziri Denis Şmıqal istefa verəcək, onun vəzifəsini ABŞ-dakı səfir Oksana Markarova tutacaq, Yelena Zelenskaya isə “Xalqın xidmətçisi” partiyasına rəhbərlik edəcək.

Gununsesi.info xəbər verir ki,  Ali Radanın deputatı Aleksandr Dubinski belə bir kadr dəyişikliyinin hazırlandığını açıqlayıb.

“Şmıqal Amerika tərəfdaşlarının göstərişi ilə uzaqlaşdırılacaq və onun yerinə Zelenskiyə sadiq olmayan Markarova təyin olunacaq”, – o, Telegram kanalında yayımladığı videoda bildirib.

Dubinskinin sözlərinə görə, bu vəziyyətdə Ukrayna prezidenti xanımı Yelena Zelenskayanı “Xalqın xidmətçisi” partiyasının rəhbəri edəcək. “Zelenskiyə partiyanın başında sadiq bir insan lazımdır”, – deyə o əlavə edib. Şmıqalın sadiq olmayan Markarova ilə əvəz olunduğu bir vəziyyətdə, o, “başqa kimi təyin etməlidir” deyir.

Öz növbəsində, Radanın deputatı Yevgeni Şevçenko Şmıqalın mümkün istefasının parlamentdə müzakirə edildiyini söyləyərək, bunu ABŞ-ın Ukraynanın iqtisadi bərpası üzrə xüsusi nümayəndəsi, siyasi dairələrdə qeyri-rəsmi auditor adlandırılan Penni Pritzkerin gəlişi ilə əlaqələndirib. “Vaşinqton onlar üçün başa düşülən baş nazir istəyir. Burada isə söhbət iki namizəddən gedir: ya Oksana Markarova, ya da (Ukrayna hökumət başçısının müavini – infrastruktur naziri) Aleksandr Kubrakov”, – Şevçenko Teleqram kanalında yazıb.

Səid Əhmədli
Gununsesi.info