
Qəzza zolağında vəziyyət nəzarətdən çıxır, hər saniyə Fələstin anklavında tibbi xidmətə çıxışın gözlənilməsi itkilərə səbəb olur.
Gununsesi.info xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus “X” sosial şəbəkəsində bildirib.
O qeyd edib ki, ÜST-nin Qəzzaya göndərdiyi tibbi yardım artıq dördüncü gündür ki, keçid məntəqəsində gözləyir.
ÜST-nin baş direktoru əlavə edib ki, tərəflər arasında zorakılıq dayandırılmalı və Qəzzaya həyati əhəmiyyətli dərmanların çatdırılmasına başlamaq üçün təcili keçid lazımdır.
Səid Əhmədli
Gununsesi.info