
“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev parlament seçkilərinə qatılacaq.
Gununsesi.info bildirir ki, Ə.Nuriyev namizdəliyini 75 saylı Yardımlı-Masallı seçki dairəsindən irəli sürüb. Bu barədə Ə.Nuriyev məlumat verib.
Onun sözlərinə görə, sənədlərinin Dairə Seçki Komissiyasına təqdim edib.
“VII çağırış Milli Məclisə keçiriləcək seçkilərdə namizədliyimi 75 saylı Yardımlı-Masallı seçki dairəsindən irəli sürmüşəm. Seçkilərə ciddi şəkildə hazırlaşırıq, artıq seçki komandası formalaşıb, bölgəmizin nüfuzlu şəxsləri, ağsaqqalları, ziyalıları, icma, rəy liderləri ilə mütəmadi müzakirə aparıram”.
Ə.Nuriyev deyib ki, son seçici siyahılarına görə, dairə üzrə 49 min 898 seçici qeydə alınıb: “Seçki seçki dairəsi üzrə 89 məntəqədə keçiriləcək. Çalışacağam ki, bütün kəndlərdə, icmalarda görüşlər, müzakirələr keçirilsin. Namizədliyimi geri götürməyim haqqında şaiyə yayılır. Bu tamamilə yalandır, sona qədər, qələbə əldə edənə qədər mübarizəmiz davam edəcək. Əminəm ki, seçki kampaniyası, xüsusən təşviqat mərhələsi qanunvericilik çərçivəsində, əxlaqi dəyərlərə uyğun olaraq keçiriləcək”.
Xatırladaq ki, Əliməmməd Nuriyev 2000-2005-ci illərdə Milli Məclisin deputatı olub.
Qeyd edək ki, 75 saylı Yardımlı-Masallı seçki dairəsini Milli Məclisdə tarixçi alim Musa Qasımlı təmsil edirdi.
Gununsesi.info