İspaniya 2030-cu il dünya çempionatının keçiriləcəyi oyunların stadionlarını açıqlayıb

  • By ilhame
  • 19 İyul 2024 20:06

Futbol üzrə 2030-cu il dünya çempionatına ev sahibliyi edəcək ölkələrdən biri olan İspaniya Futbol Federasiyası (RFEF) oyunların keçiriləcəyi 11 stadionun adını açıqlayıb.

Gununsesi.info RFEF-in mətbuat xidmətinə istinadən xəbər verir ki, İspaniyada baş tutacaq mundialın oyunları “Anoeta” (San Sebastyan), “Kamp Nou” (Barselona), “Qran Kanariya” (Las-Palmas), Olimpiya stadionu (Sevilya), “Rosaleda” (Malaqa), “Nueva Romareda” (Saraqosa), “Kornelya – El Prat” (Barselona), “Riasor” (La-Korunya), “San-Mames” (Bilbao), “Metropolitano”, “Santyaqo Bernabeu” (Madrid) stadionlarında gerçəkləşəcək.

Turnirin final matçının Madriddə keçirilməsi nəzərdə tutulur.

2030-ci ildə dünya çempionatları tarixinin 100 illlik yubileyi qeyd olunacaq. Bu səbəbdən ilk dəfə olaraq mundiala 6 ölkə – İspaniya, Portuqaliya, Mərakeş, Argentina, Paraqvay və Uruqvay ev sahibliyi edəcək.

Qeyd edək ki, ilk dəfə olaraq dünya çempionatının oyunları müxtəlif qitələrdə keçiriləcək.

Gununsesi.info