Azərbaycanın U-18 basketbol millisi yoxlama görüşü keçirib

  • By ilhame
  • 19 İyul 2024 20:19

Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışını davam etdirən Azərbaycanın oğlanlardan ibarət U-18 basketbol millisi yoldaşlıq görüşü keçirib.

Gununsesi.info xəbər verir ki, yığma küveytli həmyaşıdları ilə qarşılaşıb.

Matç rəqibin 58:46 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, təlim-məşq toplanışına iyulun 21-də, Qətər yığması ilə oyundan sonra yekun vurulacaq.

Gununsesi.info