
Danimarkanın Türkiyədəki müvəqqəti işlər vəkili Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.
Gununsesi.info xəbər verir ki, bu barədə “Sabah” nəşri məlumat yayıb.
Diplomat Quranın təkrar təhqir olunması ilə bağlı son iki gündə ikinci dəfə Türkiyə XİN-ə çağırılıb.
Danimarkalı diplomata bir daha Türkiyə dövlətinin rəsmi mövqeyi xatırladılıb, Ankaranın bu cür hərəkətləri qətiyyətlə pislədiyi bəyan edilib.