BMT: Sudandakı toqquşmalardan narahatıq

  • By arzu
  • 23 Avqust 2023 09:57

Birləşmiş Millətlər Təşkilatı (BMT) Sudanda yaşanan olaylarla bağlı açıqlama verib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, ali qurum Sudanda nizamlı ordu qüvvələri ilə Çevik Dəstək Qüvvələri arasındakı toqquşmalardan narahatlığını bildirib.

BMT-nin İnsani İşlərdən Məsul Katibinin köməkçisi və Təcili Yardım Koordinatoru Martin Qrifiths mövzu ilə bağlı özünün sosial media hesabında paylaşım edib.

Qrifiths Sudanın Cənubi Darfır, Cənubi Kurdufan kimi bəzi bölgələrində artan şiddət hadisələrindən narahatlığını bildirib.

Çoxlu sayda adamın həyatını itirməsinə vurğu edib.

“Bütün tərəfləri toqquşmalara son qoyma və yardımların çatdırılmasına icazə verməsi üçün çağırış edirik”, – deyə o bildirib.

Tərcümə: Arzu

Gununsesi.info