Liviyada qanlı toqquşmalar: Çoxlu sayda adam qətlə yetirildi

  • By arzu
  • 16 Avqust 2023 12:07

Liviyada qanlı toqquşma baş verib.

Gununsesi.info xarci mətbuata istinadən xəbər verir ki, paytaxt Trərabülüsdə Milli Birlik Hökumətinə aid “444 taburu” və Prezidentlik Şurasına bağlı “Rada” silahlı qrupları arasında yaşanan insident 27 nəfərin həyatına son qoyub.

Dövlətə aid İlk Yardım və Dəstək mərkəzindən verilən açıqlamalarda ölənlərin sayı təsdiq edilib, 107 nəfərin yaralandığı bildirilib.

Ölənlərin hərbiçi və ya mülkilər olduğu açıqlanmayıb.

Toqquşmalar Ayn Zara bölgəsində yaşanıb.

Xatırladaq ki, bu ilin may ayında da hər iki tərəf arasında qısa müddətli toqquşmalar baş vermişdi.

 

Tərcümə: Arzu

Gununsesi.info