Azərbaycanda güclü zəlzələ oldu - FOTO/VİDEO -YENİLƏNDİ

Yerli vaxtla saat 01:23-də Masallı və Cəlilabad rayonlarının inzibati sərhədində 5 maqnitudada zəlzələ olub.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

Məlumata görə, zəlzələ ocağı 13 km dərinlikdə yerləşib. Zəlzələ episentrdə 4 baldan yuxarı, ətraf rayonlarda isə 3 bala yaxın hiss edilib.

Qeyd edək ki, təbii hadisə bir sıra rayonlarda, o cümlədən Beyləqanda, Yardımlıda, Saatlıda, Lerikdə hiss edilib.

01:38

Azərbaycanda “Android” sistemli smartfonlara zəlzələ barədə xəbərdarlıq gəlib.

Gununsesi.info xəbər verir ki, zəlzələnin Bakıdan təxminən 190 km uzaqlıqda Rixter şkalası ilə 5.5 bal gücündə olduğu bildirilir.

Məlumata görə, zəlzələ Cəlilabad rayonu ərazisində qeydə alınıb.