Reznikov F-16-ların Ukraynaya təhvil veriləcəyi vaxtı açıqladı

“İlk F-16-lar ən tez 6-7 ay ərzində təhvil verilə bilər”.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Oleksi Reznikov jurnalistlərə açıqlaması zamanı deyib.

F-16 təyyarələrinin texniki xidmət göstərə, təmir edə və döyüş vəzifələrini yerinə yetirə bilməsi üçün infrastruktur hazırlığının görülməsi lazım olduğunu bildirən Reznikov pilotlarla yanaşı mühəndis-texniki işçilərin də yetişdirilməsinin vacibliyini, bunun ciddi və əhatəli bir iş olduğunu qeyd edib.

Reznikov Ukrayna səmasında  F-16-ların uçması üçün təlim və işlərin davam etdiyini, ilk F-16-ların minimum 6-7 ay sonra təhvil verilməsinin gözlənildiyini bildirib.

Gununsesi.info