Moskvaya yenidən dron hücumu oldu - VİDEO

Rusiyanın paytaxtı Moskva şəhərinə yenidən dron hücumu olub.

Gununsesi.info xəbər verir ki, bu barədə paytaxt meri Sergey Sobyanin teleqram kanalında məlumat yayıb.

O, Moskva vilayətinin Mojaysk rayonunda 1 PUA-nın hava hücumundan müdafiə vasitəsi ilə vurulduğunu, daha bir PUA-nın isə Moskva-Siti ərazisində tikilməkdə olan binaya düşdüyünü yazıb.

Rusiya aviasiya xidmətləri də Moskva hava limanlarının hələ ki təyyarələri qəbul etmədiyini və göndərmədiyini bildirib.

Xatırladaq ki, ötən gecə də Moskva 2 dron hücumuna məruz qalmışdı.

***

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, hazırda Moskva şəhəri ərazisində (Vorotinskaya, Anqarskaya, Ximki və Mitino) partlayış səsləri eşidilir. 

Gununsesi.info