İçimizdəki xəyanətin imzası – Türkiyə mətbuatında ermənilərə dəstək yazanlara cavab

  • By arzu
  • 21 Avqust 2023 10:41

Günlər öncə “Dağlıq Qarabağda blokada ortadan qaldırılsın” şəklində Türkiyədəki bəzi tanınmış “sənət adamları, yazarların” imzaları ilə yazı dərc edilmişdi. Həmin çağırışa cavab olaraq, Türkiyənin “Türk Gün” qəzetinin yazarı Yıldıray Çiçek yazı qələmə alıb.

Gununsesi.info xarici mətbuata istinadən onu sizə təqdim edir.

Millətçi Hərəkat Partiyasının başçısı Dövlət Baxçəlinin Baş məsləhətçilərindən olan Professor Dr. Ruhi Ersoy ötən günlərdə bir xəbərin bilgi qeydini içində daşıyan bir mesaj göndərdi.

Oxuduğum xəbərdə bir neçə yazar, siyasətçi və sənət adamının yenə xəyanət işinə dair imzaları vardı.

Eyni xəbərin başlığı da belə idi:

“Dünyaya çağırış: Dağlıq Qarabağın blokadası ortadan qaldırılsın”.

Xəbərin içində mənim gördüyüm imza atılan mətndə bu cümləyə yer verilmişdi:

“Bakı rejimi Ankara rejiminin dəstəyini arxasına alaraq Dağlıq Qarabağın erməni xalqını aylardır ki, blokadada saxlayır. Erməni xalqına yönəlik soyqırım ehtimalını gündəmə gətirən bir blokada tətbiq edir”.

Ermənilər Qarabağı işğal etdikdə, cocuq-uşaq demədən türkləri güllə-boran edərkən səsləri çıxmayanlar indi Qarabağ ermənilərin işğalından qurtarılınca, erməni vəkilliyinə “soyunublar”…

Akın Birdal, Aslı Erdoğan, Ayşe Hür, Baskın Oran, Cengiz Arın, Ergün Babahan, Fikret Başkaya, Nesrin Nas, Oya Baydar, Faruk Gergerlioğlu, Ragıp Duran, Şaban Yurdatapan, Taner Akçam kimi tanıdığımız isimlərlə yanaşı, yüzə yaxın adam imza atıb…

Bunların insanlığı necə insanlıqdırsa, hər daim türk millətinin qarşısında kim varsa, onlara görə hərəkətə keçir. Gerçəkdən, qəribə insandırlar!

İraq və Suriyada PKK Terror Təşkilatına hərbi əməliyyat keçirərsən, adamlar imzaçı olaraq ortaya çıxar.

Türkiyə Şərq və Şərqi Anadoluda xəndək-çuxur qazan PKK-çı terrorçulara qarşı təmizlik əməliyyatı edər, bunlar imzaçı olaraq ortaya çıxarlar.

Universitetdəki PKK-çı, FETÖ-çü “akademikləri” Qanun Hökmündəki Qərarnamələrlə işdən çıxararsan, bunlar imzaçı olaraq yenə ortada…

İndi 30 il sonra erməni işğalından azad edilmiş Qarabağ mövzusunda erməniçi imzaçılar olaraq qarşımıza çıxarlar.

Hər biri bu kimi mövzularda bir yerdə gözləyən növbətçi imzaçı kimidirlər…

“Burada türkə düşmənçilik var”, – deyə çağırış edin, qəlib kimi dayanan bu imzaçılar anında orada olmaqdadırlar. Könüllü erməni vəkili olan bu imzaçılar bu cümləyə də yer veriblər:

“Biz, türkiyəlilər beynəlxalq ictimaiyyətin yaşananlara qarşı yetərli həssasiyyət göstərmədiyini görür, bu durumu narahatlıqla izləyirik”.

Özlərinin arxadan xəncər sancmaları yetmir, bir də dünyadan türk düşmənlərinə siqnal göndərirlər.

Bu imzaçı heyət, gerçəkdən çox klassik bir tərkibdir. Heç dəyişmirlər. PKK, erməni, yunanı müdafiə etməkdən söz düşdükdə, heç başqa yerə sıçramazlar…

Qarabağda məsum Azərbaycan türklərinə yönəlik soyqırım olarkən, böyük ehtimalla “viski”, “rakı” qədəhi toqquşduranların bu gün ortada heç erməni mülkilərə yönəlik şiddət olmayan bir atmosferdə çıxıb “erməni xalqına yönəlik soyqırım ehtimalı” nitqləri söyləmələri Qarabağın işğaldan qurtulmasına dair duyduqları üzüntüdən nə edəcəklərini bilməmə halıdır.

Türkün olduğu yerdə məzlum xalqa və mülkilərə zərər vermə olmaz. Bu imzaçılar biz türkləri öz erməni yandaşları ilə qarışdırmaqdadırlar.

Azərbaycan Ordusu Türkiyənin dəstəyi ilə haqqı olanı aldı. İşğal edilmiş torpaqlarından erməniləri təmizlədi. İmzaçıların yas tutmaları faydasızdır, çağırışlarının içi boşdur.

“Ziyalılardan Qarabağ üçün həssasiyyət çağırışı”, – deyə təqdim edilən xəbərlər içimizdəki xəyanətin mənzərəsidir. Dostu-düşməni tanımaq istəyirsinizsə, imza atanlara baxmağınız yetərlidir. Sifətlərindən erməniçilik, yunançılıq axanlardan gözlənilən də olsa, olsa, belə imzalar olar. Deyilmi?

 

Gununsesi.inf0