İslam elmə qarşıdır mı?

Bu gün böyük münaqişəyə səbəb olan ayın doğulması hadisəsi əslində bir zamanlar İslamda elmin inkişafına səbəb olmuşdu. Astronomiya təqvimin səliqəli saxlanması üçün çox vacib bir elm idi. Ona görə də hər özünə hörmət edən əmirin sarayında onlarla astronom olardı.

Başqa bir səbəb də,…Kim nə deyirsə-desin, İslamda, İslam tarixində ən ciddi dönüş nöqtəsi Abbasilərin Əməvilərdən hakimiyyəti alması idi. Abbasilər alimləri öz ətrafında yığdı, tonlarla kitab yazdırdılar, əməvilər isə yazmadı, ənənə ilə yaşadılar və nəticədə Abbasilər xalqı öz kitabları ilə inandırmağı bacardılar.

Hicrətdən etibarən İslam çoğrafiyası həmişə genişlənməyə başladı. Yeddinci əsrdə məğlubedilməz olaraq qəbul edilən Yezdəgirdi Hz. Ömər, bizanslıları isə dənizdə Əbu Sarah məğlub etdi. Tobruk müharibəsi bizansa qarşı qalibiyyət deyildi. orada bizans heç vuruşmamışdı, ona görə də Əbu Sarahın dənizdəki qələbəsi müsəlmanları çox ruhlandırmışdı.

Abbasilər estafeti elm ilə aldılar, əsl İslam imperiyası quruldu o zaman. Əməvilərin sülaləsi Rusiya imperiyası kimi əsl imperiya deyildi, bir növ yerli qoluzorbalıqdı. Amma Abbasilər əsl imperiyanı qurdular – bütün xalqlar bərabərdir, ləyaqət prinsipi qorunur, rəfah mənbəyidir və s. Məsələn, Əməvilər üçün bir türk qul ola bilərdi ancaq, Abbasilərdə isə sərkərdə.

Abbasilərdən sonra İslam coğrafiyasında elm ən mötəbər məşğuliyyət idi.

Amma İslam dövləti çökməyə başlayanda günahkar tapıldı və öz şanlı günlərimizə dönmək adına dini sxolastika elmi metodun önünə keçdi. Qəzzali etdi bunu, amma prosesi nəhayətə çatdıran Monqol istilası qarşısında əzilən ərəblərin səsi olan İmam Teymiyyə oldu. Ərəb millətçiliyini dinin önünə keçirib dini və cəmiyyəti sanki sementlədilər, dondurdular.

İslam elmə qarşı deyil, artıq gücsüzləşən İslam cəmiyyəti elmə qarşıdır.

P.S. Bu yazıdan başqa bir nəticə daha çıxır. Din, elm və s. vacib deyil əslində.
Əsl olan hakimiyyətdir!

Vasif İsmayıl