
Çində kömür mədənində partlayış olub.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, qanlı partlayış zamanı 11 nəfər faciəvi şəkildə həlak olub.
Hadisə bu ölkənin Şaanşi bölgəsindəki kömür mədənlərindən birində yaşanıb.
Məlumatı Çinin dövlət televiziyası olan “CCTV” təsdiq edib.
Televiziyanın yayımladığı məlumata görə, partlayış Yanan şəhərinin Yançuan rayonunda olan Şintay kömür mədənində baş verib.
Axşam saatlarında yaşanan olay zamanı içəridə 90 işçi olub.
81 işçinin yaralandığı partlayışdan sonra xəsarət alanlar xəstəxanalara aparılıb.
Tərcümə: Arzu