
ABŞ-nin keçmiş prezidenti Donald Tramp maraqlı açıqlama verib.
Gununsesi.info xəbər verir ki, Trampın sözlərinə görə, seçkiyə müdaxilə iddiası ilə bağlı ona 200 min dollar girov təyin edən Atlantanın Fulton dairəsinin prokuroru Feni Uillis onun Rusiyaya qaça biləcəyindən ehtiyat edib. Bu barədə Tramp “Truth Social” sosial şəbəkəsindəki səhifəsində paylaşım edib.
“Məncə, ona elə gəlib ki, mən çox-çox uzaqlara, bəlkə də, Rusiyaya uçub gedəcəyəm və qızıl günbəzin altındakı otağı Vladimirlə bölüşəcəyəm. Və məni bir daha heç kim görməyəcək və eşitməyəcək”, – deyə o zarafat edib.
Lakin söhbətin hansı Vladimirdən getdiyini dəqiqləşdirməyib.