
Pakistanda hərbi karvana hücum edilib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, qanlı olay zamanı 6 nəfər ölüb.
Hadisə Pakistanın Hayber Pahtunvha bölgəsində yaşanıb. 4 silahlı zərərsizləşdirilib.
Pakistan ordusu etdiyi açıqlamasında ölkənin Əfqanıstanla sərhədindəki Cənubi Vəziristan bölgəsində hərbçilərə silahlı hücum gerçəkləşdirildiyini bildirib.
Ölənlərin sayı təsdiq edilib. Nazirlik bildirib ki, qarşı tərəfdən 2 nəfər yaralanıb.
Hücumçuların tutulması üçün bölgədə hərbi əməliyyat başladılıb.
Əfqanıstana istiqamətlənən Pakistan Talibanı hücumun məsuliyyətini öz üzərinə götürüb.
Tərcümə: Arzu