
Misir və Qəzza zolağı arasında sərhəddə yerləşən Rəfah nəzarət-buraxılış məntəqəsi dinc sakinlərin təxliyəsinə imkan yaratmaq üçün şənbə günü açıla bilər.
Gununsesi.info xəbər verir ki, bu barədə CNN Dövlət Departamentinin bülleteninə istinadən məlumat yayıb.
Telekanalın məlumatına görə, Qəzzada qalan amerikalılara göndərilən elektron məktubda Rəfah keçidinin “açıq ola biləcəyi” və təxliyyələrin şənbə günü günortadan sonra başlaya biləcəyi bildirilib.
“Təhlükəsizlik vəziyyətinin çətin olduğunu başa düşürük, lakin Qəzzanı tərk etmək istəyirsinizsə, bu fürsətdən istifadə edə bilərsiniz”, – məktubda deyilir.
Dövlət Departamentinin sözçüsü CNN-ə deyib ki, onlar bu məsələni israilli və misirli həmkarları ilə fəal şəkildə müzakirə edirlər.
Səid Əhmədli
Gununsesi.info