
Türkiyənin hərbi nəqliyyat təyyarəsi Qəzza zolağının sakinləri üçün Misirə humanitar yardım çatdırıb.
Gununsesi.info bildirir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Koca “X” sosial şəbəkəsində məlumat verib.
Onun sözlərinə görə, təyyarə Ankaranın “Etimesqut” hərbi aerodromundan havaya qalxıb.
Yükə tibbi cihazlar və ləvazimatlar, dərmanlar və generatorlar (mobil olanlar da daxil olmaqla) daxildir.
“Avadanlıqlar arasında fövqəladə halların aradan qaldırılması üçün avadanlıqlar, həmçinin əməliyyat otaqlarının işləməsi və körpələrə qulluq üçün lazım olan avadanlıqlar var”, – Koca deyib.
O qeyd edib ki, Misirə çatdıqdan sonra Türkiyədən humanitar yardım qurudan Qəzzaya göndəriləcək.
Nazir bildirib ki, humanitar yardımla ümumilikdə dörd reysin həyata keçirilməsi planlaşdırılır.
Gununsesi.info