Berlində Navalnının anım mərasimi keçirilib

Rusiyalı müxalif siyasətçi Aleksey Navalnının doğum günündə Berlindəki Müqəddəs Məryəm kilsəsində anım mərasimi keçirilib.

Gununsesi.info xəbər verir ki, mərasimdə siyasətçinin həyat yoldaşı Yuliya Navalnaya, onun mətbuat katibi Kira Yarmış, Navalnının qərargahının keçmiş rəhbəri Leonid Volkov və siyasətçinin digər tərəfdaşları iştirak ediblər.

Rusiyanın paytaxtı Moskvada isə insanlar səhərdən siyasətçinin dəfn olunduğu Borisov qəbiristanlığına gəlib və məzarına gül dəstələri gətirib.

Xatırladaq ki, fevralın ortalarında Salekhard yaxınlığındakı İK-3 koloniyasında öldürülən Aleksey Navalnı ilə martın 1-də Moskvada vida mərasimi keçirilib.

Məlumata görə, dəfn mərasimində ən azı 16500 adam iştirak edib.

Qeyd edək ki, iyunun 4-də Navalnının 48 yaşı olacaqdı.

 

 

Gununsesi.info