
Rusiya hökuməti Moskva Dövlət Universitetinin (MDU) Avropadakı yeganə filialını ləğv edir.
Gununsesi.info xəbər verir ki, Sloveniyanın Koper şəhərində yerləşən bu filial Rusiya hökumətinin qərar layihəsinə əsasən ləğv ediləcək.
Bildirilib ki, qərar layihəsi filialın ləğvi, eləcə də universitetin struktur bölmələrinin adlarının dəyişdirilməsi ilə bağlıdır.
2017-ci ilin fevralında Moskvaya səfəri zamanı Sloveniya Xarici İşlər Nazirliyinin rəhbəri Moskva Dövlət Universitetinin rektoru Viktor Sadovniçi ilə Moskva Dövlət Universitetinin Sloveniya filialının yaradılmasının ümumi prinsiplərini müəyyən edən anlaşma memorandumu imzalanmışdır. Bu filial Rusiya universitetinin Avropadakı ilk xarici nümayəndəliyi olmuşdur və Koperdəki Primorska Universitetinin bazasında fəaliyyət göstərirdi.
Dünya reytinqlərində getdikcə mövqelərini itirən universitet 2024-cü ildə Quacquarelli Symonds (QS) universitetlərinin beynəlxalq reytinqində “Mühəndislik və Texnologiya” kateqoriyasında 57-ci yerdən 58-ci yerdədir.
Buna səbəb Scopus və Web of Science xarici akademik məlumat bazalarında məqalələrin sayının azalması, eləcə də əməkdaşlığı davam etdirməkdən imtina edən əcnəbi tələbələrin, tədqiqatçıların və müəllimlərin sayının azalmasıdır.
Qeyd edək ki, MDU-nun nizamnaməsinə əsasən universitetin 11 filialı var.
Gununsesi.info