Azərbaycanda yeddi günlük bayram tətili başlayıb

  • By Günel
  • 30 Dekabr 2024 00:50

Azərbaycanda yeddi günlük bayram tətili başlayıb.

Gununsesi.info -nun xəbərinə görə, Nazirlər Kabinetinin müvafiq qərarı ilə iş və istirahət günlərinin yerləri dəyişdirilib.

Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü il 30 dekabr və 2025-ci il 3 yanvar iş günləri ilə müvafiq olaraq 2024-cü il 28 və 29 dekabr istirahət günlərinin yerləri dəyişdirilib.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü – dekabrın 31-i, Yeni il bayramı – 1 və 2 yanvar qeyri-iş günüdür. Gələn il 4 və 5 yanvar şənbə və bazar günlərinə təsadüf edir. Beləliklə, bir həftə ardıcıl – 30 dekabr və 31 dekabr 2024-cü il, 1 yanvar, 2 yanvar, 3 yanvar, 4 yanvar və 5 yanvar 2025-ci il tarixləri qeyri-iş günləri olacaq.

Gununsesi.info