Tiktoker Zəhra ev dustaqlığına buraxıldı

  • By Günel
  • 29 Dekabr 2024 21:55

Tiktoker Zəhra Abbasova ev dustaqlığına buraxılıb. 

Gununsesi.info modern.az-a istinadən bildirir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə onun barəsində seçilmiş həbs-qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib.

Lakin Nərimanov Rayon Məhkəməsinin qərarı ilə tiktoker barəsində seçilmiş 4 aylıq ibtidai istintaq davam edir.

Xatırladaq ki Zəhra Abbasova bu yaxınlarda polisin sosial şəbəkələrdə əxlaqsızlığın təbliğinə qarşı keçirdiyi əməliyyatla saxlanılmışdı.

Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə ona qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci (Satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma)  maddəsi ilə ittiham irəli sürülərək  barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilmişdi.

Qeyd edək ki, “TikTok” əməliyyatının istintaqı Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində aparılır.

Gununsesi.info