ABŞ-nin 39-cu prezidenti vəfat edib

  • By Günel
  • 30 Dekabr 2024 08:49

ABŞ-nin sabiq prezidenti Cimmi Karter 100 yaşında vəfat edib.

Gununsesi.info xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti bildirib.

Məlumata görə, keçmiş dövlət başçısı dekabrın 29-da Corciya ştatının Pleyns şəhərində öz evində keçinib.

Qeyd edək ki, Karter ABŞ-nin 39-cu prezidenti olub və 1977-1981-ci illərdə bu vəzifədə çalışıb. O, insan hüquqlarının müdafiəsi sahəsindəki səyləri, İsrail və Misir arasında Kemp-Devid sazişlərinin imzalanmasında vasitəçiliyi və siyasətdən getdikdən sonra aktiv ictimai fəaliyyəti ilə tanınır ki, bunun üçün də 2002-ci ildə Nobel Sülh mükafatına layiq görülüb.

Gununsesi.info