
Amerika Tayvana 345 milyon dollarlıq hərbi dəstək verəcəyini açıqlayıb.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Prezident Baydenin yayımladığı Prezidentlik qərarnaməsində bildirilir.
Böyük maddi dəstəyə müdafiə materialları, əsgəri tədris və inventarlar aiddir.
Yardım paketin içindəkilərlə bağlı Amerikanın Müfafiə Nazirliyi geniş açıqlama verməyib.
Rəsmi Vaşiniqtonun bu addımına qarşı Çinin reaksiyası maraq doğurur.
Qeyd edək ki, Tayvanın öz torpaqlarının bir parçası olduğunu müdafiə edən Çin onunla münasibətlər qurulmasına və hərbi dəstəyin verilməsinə dərin həssaslıqla yanaşır.
Tərcümə: Arzu