
Çexiya Respublikası Sovet Sosialist Respublikaları İttifaqının peyki olduğu dönəmdən qalma binaların ödənməmiş kirayələr üçün Rusiyaya məhkəmə davası açır.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, paytaxt Praqada kommunist rejimin olduğu dönəmdə rus yetkililər üçün pulsuz təşxis edilən binalar hələ də diplomatlar tərəfindən işlədilir. Çexiya Respublikası və Rusiya arasında diplomatik münasibətlər daşınmaz əmlakucbatından gəriginləşib.
Xarici İşlər Nazirlinə bağlı bir qurum olan və digər ölkələrin səfirlikləri tərəfindən istifadə edilən daşınmaz əmlaklarla maraqlanan Diplomatik Xidmət Praqa Bələdiyyə Məhkəməsində Rusiya hökumətinə qarşı iddia qaldırıb.
İddiada Rusiyanın son 3 ildə ” 2 milyon avroyu aşan haqsız zənginləşmədən” qazanc əldə etdiyi vurğulanır.
Bu durum keçmiş adı ilə Çexoslavakiyanın Moskvanın təsiri ilə kommunist bir peyk dövlət olduğu 1970-1980-ci illərdə o dönəm Sovetlər Birliyi ilə əldə edilən anlaşmaların ləğvi ilə bağlı may ayında lınan qərarın ardından gəlib.
Çexiyanın XİN başçısı Jan Lipavski “XİN-ə bağlı bir qurum olan Diplomatik Xidmətin Rusiya Federasiyasına qarşı Bələdiyyə Məhkəməsində dava açdığını təsdiq edə bilərik”, deyib.
Nazirliyin açıqlamasına görə, Rusiya Çex yetkililərin bu yeni şrtlərin ələ alınması üçün cəhdlərioni qəbul etməyib.
Sovetlər Birliyinə diplomatik istəklərlə ərazinin sərbəst işlədilməsini əmanət edən keçmiş Çex hökumətin tərəfindən 40 il öncə əldə edilən 9 aktiv anlaşma və ya qərar ləğv edilib.
Rusiyanın toplamda 59 mülk üzərindəki maraqlı vergi məsluliyyətini yerinə yetirməsi gərəkli olacaq. Çex tərəfi sərbəst işlətmə əvəzinə, kirayə anlaşmaları təməlində istifadənin müzakirə edilə biləcəyini, ya da Çexiya üçün daha əlverişli olan digər həllərlə davam edə biləcəyini” bildirib.
Tərcümə: Arzu