
Nigerdə hərbi çevrilişdən sonra dünya ölkələrindən sanksiyalar ard-arda gəlməkdədir. Avropa Birliyi (AB) Nigerlə hərbi əməkdaşlığı sonlandırıb.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Nigerdəki cunra rejiminin qanuniliyini tanımayacaqlarını açıqlayan AB Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti Yüksək Təmsilçisi Cocep Borell Nigerə bütün iqtisadi dəstəyin kəsiləcəyini açıqlayıb.
AB ordusu Hərbi Əməkdaşlıq Missiyası aktiv olaraq Niger ordusu ilə işbirliyi içində idi.
AB-nin bu həmləsi Nigerdəki cunta rejiminin Rusiya ilə yaxınlaşacağına dair şübhələri gücləndirib.
Hərbi çevrilişdən sonra cunta dəstəkçiləri küçələrə çıxaraq fransıx bayraqlarını yandıraraq rus bayraqları açmışdı.
Tərcümə: Arzu