Tramp seçki kampaniyasını davam etdirəcək

ABŞ-ın keçmiş prezidenti Donald Tramp ona qarşı irəli sürülən ittihamlardan danışıb.

O, bildirib ki, mühakimə olunsa belə 2024-cü ildə seçki kampaniyasını davam etdirəcək.

Gununsesi.info xəbər verir ki, bu barədə o, ABŞ mediasına müsahibəsində deyib.

Ona qarşı irəli sürülən ittihamlara görə cəzalandırılsa belə, 2024-cü ildə keçiriləcək prezident seçkilərində üçün namizədliyini geri götürməyəcəyini deyib.

“Heç belə deyil. Konstitusiyada belə bir şey yoxdur. Hətta radikal solçular da heç nə demir. Bu məni dayandıra bilməz. Bu insanlar xəstədir və onların etdikləri tamamilə dəhşətlidir”.

Qeyd edək ki, Trampa qarşı irəli sürülən ittihamların sayı 40-a çatıb.

Onun 2024-cü il mayın 20-də mühakimə olunacağı deyilib.

 

Tərcümə

Şəbnəm

Gununsesi.info