Batumidə Rusiyalı turistlərin gəlişinə etiraz

Gürcüstanın Batumi limanına göyərtəsində rusiyalı turistlərin olduğu kruiz gəmisinin gəlişi etirazla qarşılanıb.

Gununsesi.info xəbər verir ki, ötən gün bu mövzunu işıqlandıran yerli media yazır ki, rusiyalılar Gürcüstan əleyhinə olan və separatçılığı dəstəkləyən ifadələr işlədiblər.

“Biz Abxaziyanı sizdən azad etdik, axı siz onlara qarşı tanklarla getdiniz”, – müxalifyönlü Mtavari TV kanalına danışan turistlərdən biri deyib.

Ötən gün Batumi ilə yanaşı Tbilisidə də mitinq keçirilib. Etirazçılar “Gürcüstan hakimiyyətinin Rusiyayönlü siyasətini” tənqid ediblər.

Hakim “Gürcü Arzusu” partiyasının lideri ötən gün Batumidəki aksiyanı pisləyib. İrakli Kobaxidze Rusiyanı tənqid etsə də, hökumətin praqmatik siyasətə ehtiyacı olduğunu deyib.

 

Gununsesi.info