Rusiyada neft emalı zavodunda PARTLAYIŞ

Rusiyanın Samara şəhərində neft emalı zavodunun yerləşdiyi ərazidə partlayış baş verib.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya parlamentinin aşağı palatası olan Dumanın İnformasiya Siyasəti Komitəsinin sədri Aleksandr Hinşteyn məlumat verib.

Hinstein bildirib ki, partlayış neft emalı zavodunun yerləşdiyi ərazidə baş verib.

Hadisənin səbəbi hazırda məlum deyil.

Gununsesi.info