Ukrayna Rostov vilayətinə raket zərbəsi endirib

Ukrayna Rostov vilayətinin Taqanroq şəhərinə raket hücumu həyata keçirib.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Kiyev rejimi S-200 hava hücumundan müdafiə sistemi raketi ilə terror hücumu həyata keçirib. Nəticədə bir çox binaya ziyan dəyib, mülki əhali zərər çəkib. 10-dan çox insan xəsarət alıb”, – deyə Rusiya MN bildirib.

Gununsesi.info