“Ölkədə kasıblıq baş alıb, gedir, milyarder məmurlar…” – Arzu Sayadoğlu

  • By arzu
  • 29 İyul 2023 16:27

Gənc siyasətçi, Xalqa Xidmət Hərəkatının(XXH) Başqanı Arzu Sayadoğlu siyasi fəaliyyətləri və qurumun gələcəyi baarədə açıqlama verib.

Gununsesi.info  xəbər verir ki, qurumun yaradılmasının bəzi məqsədlərini açıqlayan XXH Başqanı hazırda ölkədə sosial problemlərin çoxluğunun ciddi narahatlıq verdiyini sölyəyib.

“Dəfələrlə parlamentdə də vurğulanıb. Bir çox nazirliklər, dövlət qurumları da problemləri dilə gətirivlər. Döblət başçısı İlham Əliyev də məmurların dəbdəbəsini, xalqı saymazyanalığını tənqid edib. Biz xalqımızın problemlərinin həll edilməsini istəyən, xoşbəxt millət, müstəqil ölkə, ümidli gələcək arzusunda olan İŞIQ-çılar, Xalqın Xidmətçiləriyik”, – deyə Sayadoğlu vurğulayıb.

A. Sayadoğlu hazırda iqtisadi, sosial, siyasi mövzularda problemlərin həllini gözləməkdə olduğunu söyləyib.

“Ölkədə kasıblıq baş alıb, gedir. Millətin çörəklə imtahanı milyarder məmurların vecinə deyil. Xalqı dinləyən məmur, dövlət qurumu yoxdur. Dövlətsiz qalmış xalqıq. Zəngin ölkənin kasıb və kimsəsiz vətəndaşları olmamaq üçün siyasətdə əbədiyyət kitabı yazmağa, daşlaşmış sorunları çözməyə gəlmişik. Bu, milli və müqəddəs işdir. Biz bu xalq üçün ümid çırağı olmağa, bədii dillə desək, qaranlıqları aydınlatmağa gəlmişik. Heç kim bizi xalq yolundan döndürə bilməz və buna gücü də yetməz”.

Xatırladaq ki, Xalqa Xidmət Hərəkatı bu ilin yanvar ayında bir neçə təşəbbüsçünün iştirakı ilə yaradılıb.

Çoxusunun gənclərin və xanımların təşkil etdiyin XXH “adil baxışa və düzən”ə əsaslanan, “milli yol xətti”ni tutub.

İdeoloji olaraq, toplumun 10 milyonuna qucaq açmağı hədəflədiklərini, mühafizəkar, sosial-demokrat və milli düşüncəni əsas aldıqlarını vurğulayırlar.

XXH-çilər özlərini “İŞIQ-çılar”, “Xalqın Xidmətçiləri” və “Ulusal Nəfəslər” adlandırırlar.

 

Gununsesi.info