Bakıda Mübariz Mənsimovun atasının 40 mərasimi keçirilib - FOTOLAR

Bu gün Bakıda Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimovun atasının 40 mərasimi keçirilib.

Gununsesi.info-nun xəbərinə görə, Heydər məscidində təşkil olunan mərasimə minlərlə insan qatılıb.  1000-dən çox insanın iştirak etdiyi mərasimə elm, sənət, incəsənət, idman, siyasət adamları, şəhid ailələri və qazilər, o cümlədən ictimaiyyət nümayəndələri qatılıb.

Mərhumun xatirəsi yad edilib, ruhuna dualar oxulub.

Məlum məhkəmə qərarı səbəbiylə Mübariz Mənsimov mərasimə qatıla bilməyib. İş adamı mərhum atasının məzarını ziyarət edənlərə canlı video bağlantı vasitəsilə minnətdarlığını çatdırıb. Mübariz Mənsimovun kövrək çıxışı atasının məzarı başına toplaşanları kövrəldib.

 

 

Gununsesi.info