
Amerikanın Dövlət Katibi Antoni Blinken İranın nüvə proqramı ilə bağlı açıqlama verib.
Gununsesi.info xarci mətbuata istinadən xəbər verir ki, ABŞ-ın Xarici İşlər Naziri Bliinken İranın nüvə proqramını yavaşladacağını məmnuniyyətlə qarşılayacaqlarını söyləyib.
Mətbuat toplantısında jurnalistlərin suallarını cavablaya Ağ Ev təmsilçisi belə deyib:
“İranın nüvə proqramını yavaşlatması xəbərini təsdiq edə bilmərəm. Əlbəttə, Amerikanın nüvə anlaşmasından çəkilməsindən bəri İranın gerçəkdən, böyüyən nüvə təhdidini azaltmağa yönəlik atacağı addımları məmnuniyyətlə qarşılaya biləcəyimizi söyləyə bilərəm”.
İranla Amerika arasında hər hanısa bir nüvə razılaşmasının olmadığını söyləyən Amerikanın Xarici İşlər Naziri Antoni Blinken bildirib ki, diplomatiyaya yol açmaq üçün İranın gərginliyi azaltması lazımdır.
Tərcümə: Arzu