
Amerika yenidən Ukraynaya yardım edib.
Gununsesi.info xarci mətbuata istinadən xəbər verir ki, bu barədə Amerika Birləşmiş Ştatlarının (ABŞ) Xarici İşlər Naziri Antoni Blinken açıqlama verib.
Blinken ölkəsinin Ukraynaya 200 milyon dollarlıq əlavə hərbi yardım ayıracağını söyləyib.
ABŞ təmsilçisi Rusiyanın işğal etdiyi bölgələri Ukraynanın geri almasını söyləyərək ölkəsinin rəsmi Kiyevə yardımının bu məqsədlə olduğunu izah edib.
Hərbi yardım paketi arasında hava müdafiə vasitələri, topçu mərmilər, mina axtaranlar və digər hərbi ehtiyac materialları yer alır.
“Döyüşü Rusiya başlatdı və hərbi qüvvələrini Ukraynadan çəkərək hər an bunu bitirə bilər”, – deyə Antoni Blinken bildirib.
Tərcümə: Arzu