Sabahın hava proqnozu AÇIQLANDI

Ölkə ərazisində avqustun 17-də gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi axşam cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 21-26 dərəcə isti, gündüz 33-37 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80%, gündüz 30-40% olacaq.

Hava Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq, lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi rayonlarda arabir duman olacaq, mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 21-25 dərəcə isti, gündüz 35-40 dərəcə isti, dağlarda gecə 14-19 dərəcə isti, gündüz 25-30 dərəcə isti olacaq.

Gununsesi.info