Tailandda xalq ayağa qalxdı – Küçələr insan selinə döndü

  • By arzu
  • 15 Avqust 2023 18:49

Tailandda xalq kütləvi etiraz edir.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, küçələrə axışan insanlar siyasi böhrana etirazlarını bildiriblər.

Paytaxt Banqkokda on minlərlə adam küçələrdə “səsimə hörmət et” etiketinə dəstək üçün öz iradəsini sərgiləyir.

Ölkədə may ayında keçirilən seçkilərdən sonra yaşanan siyasi böhran zamanı seçkiləri lider olaraq tamamlayan “İrəli Hərəkat Partiyası”nın ana müxalifət birliyindən çıxarılması etirazla qarşılanıb.

Tailan vətəndaşları öncə sosial media üzərindən təşkilatlanıb, sonra küçələrdə etirazlara qalxıb. Onlar “İrəli Hərəkat Partiyası”nın lideri Pita Limjaroenratın Baş nazirlik vəzifəsinə gətirlməsini istəyirlər.

Ümumi seçkilərdən sonra yaşanan siyasi böhran davam edir.

 

Tərcümə: Arzu

Gununsesi.info