Zelenski bütün hərbi komissarları istefaya göndərir

Ukraynada bütün vilayət hərbi komissarları istefaya göndərilir.

Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı Ukrayna Prezidenti Volodimir Zelenski öz teleqram kanalında açıqlayıb.

Bununla bağlı qərar ölkənin Milli Təhlükəsizlik və Müdafiə Şurasının xüsusi iclasında verilib:

“Bütün vilayət hərbi komissarlarını istefaya göndəririk. Bu sistemi müharibənin nə olduğunu dəqiq bilən insanlar idarə etməlidir”.

 

Gununsesi.info