
Deputat Fazil Mustafaya qarşı sui-qəsd cinayəti çərçivəsində həbs edilənlər arasında iş adamları da var.
Gununsesi.info bildirir ki, Gəncənin Mərkəzi Kolxoz Bazarının şəriklərindən biri olan Ramin Cahangirov DİN-nin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi tərəfindən həbs edilib.
Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3 (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham irəli sürülüb.
Rusiyada da biznes sahibi olan Emin Cahangirov ittihamları rədd edib.
Yaxınları isə deyir ki, Eminin həbsinə səbəb kimi ötən il Rusiyada təşkil etdiyi Aşura mərasiminə İrandan din alimi dəvət etməsi olub.
“Həbs ediləndə bu görüntülər qarşısına qoyulub və deyilib ki, sən İrana işləyirsən. O bir müsəlman kimi bunu edib, hardan bilsin ki, belə şeyə görə adam tutarlar” deyə yaxınları bildirib.
Elmar
Gununsesi.info